Moldovanın keçmiş baş naziri Vasili Tarlev oktyabrın 20-də keçiriləcək prezident seçkilərində iştirak edəcək.
“Ölkəmizdə və xaricdə yaşayan minlərlə, minlərlə vətəndaşın fəal siyasətə qayıtmaq və prezident seçkilərində iştirak etmək niyyətlərini bəyan etmək çağırışını və təklifini qəbul etdim”, – deyə Tarlev brifinqdə bildirib.
Onun sözlərinə görə, Moldovanın Gələcəyi partiyasının lideri olmasına baxmayaraq, müstəqil namizəd kimi seçkilərdə iştirak edəcək.
“Mən partiya maraqlarını bir kənara qoyuram və dövlətimizin bütün vətənpərvərlərinə müraciət edirəm ki, bütün ambisiyaları tərk etsinlər və birləşsinlər, Moldova təhlükə altındadır, onun vətəndaşları daha yaxşısına layiqdirlər”, – deyə 2001-ci ildən 2008-ci ilə qədər yeddi il baş nazir olmuş Tarlev izah edib. Moldova Sənayeçilər və Sahibkarların Milli Konqresinə, eləcə də respublikanın və bir çox ölkələrin iş adamlarını birləşdirən Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin Şurasına rəhbərlik edir. (Tass)