Avropa Komissiyasının şəffaflıq üzrə komissarı Vera Jourova Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, xarici maliyyə alan qeyri-hökumət təşkilatları (QHT) üçün xarici agent statusu ilə bağlı yerli qanun qəbul etməyə davam edərsə, Avropa Komissiyası Slovakiyaya qarşı rəsmi hüquqi müdafiə proseduruna başlayacaq.
“Əgər Slovakiya QHT-lər haqqında qanunun qəbulu baxımından Macarıstanın yolu ilə getsə, biz dərhal pozuntunun aradan qaldırılması üçün prosedura başlayacağıq” deyib.
Bu prosedur Avropa Komissiyasının Aİ ölkələrindən birinə Aİ normalarının pozulmasını müəyyən müddət ərzində düzəltmək üçün qanuni tələblər irəli sürməsini nəzərdə tutur ki, onun icrasına AK nəzarət edir. Bu edilmədiyi təqdirdə, qanunu pozan ölkəyə cərimə tətbiq edilməsi ehtimalı ilə Avropa Ədalət Məhkəməsində iddia qaldırılacaq.
Slovakiya parlamentində xaricdən ildə 5000 avrodan çox vəsait alan istənilən QHT-yə “xarici dəstəkli təşkilat” statusu verən qanuna baxılır. (Tass)