İyun 25, 2025-17:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Əliyev: Əgər regionda yeni münaqişə yaranarsa, Fransa məsuliyyət daşıyacaq

2023:10:08 - 0:42
in GÜNDƏM
A A

Azərbaycan prezidenti İlham Əliyev Fransanın Ermənistana silah verməsinin sülhə deyil, yeni münaqişəyə xidmət edən yanaşma olduğunu bəyan edib və bildirib ki, regionda yeni münaqişə baş verərsə, Fransa məsuliyyət daşıyacaq.

Azərbaycan Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, İlham Əliyev  Avropa Birliyinin (Aİ) Şurasının sədri Çarlz Mişel ilə telefon danışığı aparıb.

Avropa Parlamentinin Azərbaycana qarşı “ksenofobiya”  və “şovinist” bəyannamə qəbul etdiyini deyən Əliyev, orada səslənən fikirləri bəyənmədiklərini və bu bəyannamənin ölkəmizə heç bir mənfi təsir göstərməyəcəyini vurğulayıb.

Əliyev, Azərbaycan beynəlxalq BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək suverenliyini tam təmin etdiyini və ərazisindəki qanunsuz hərbi birləşmələri zərərsizləşdirdiyini bildirərək deyib:

“Azərbaycanın bununla bağlı atdığı addımlar tamamilə beynəlxalq hüquq normalarına uyğundur. Bu məsələni anlamayan dövlətlərin dünyanın müxtəlif yerlərində həyata keçirdikləri siyasət nəticəsində beynəlxalq hüquqda ciddi problemlər var”.

Qarabağın erməni sakinlərinə mərkəzi hökumətin humanitar yardım etdiyini və qeydiyyat prosesinə başlandığını xatırladan Əliyev erməniləri bölgəni tərk etməyə və oradan köç etməyə məcbur edənin qondarma rejim olduğunu vurğulayıb.

Əliyev Azərbaycanın 8 kəndinin (Qazax vilayətində 7 kənd, Naxçıvanda 1 kənd) hələ də Ermənistanın işğalı altında olduğunu bildirərək, bu kəndlərin işğaldan xilas edilməsinin vacibliyini diqqətə çatdırıb.

Əvvəlki Yazı

Netanyahu HƏMAS-ı məhv edəcəyinə söz verib

Növbəti Yazı

Aegean Airlines oktyabrın 9-dək Təl-Əvivə uçuşları ləğv edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.