Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində quraşdırılan gündən bir neçə gün sonra işıq dirəkləri işləməyib.
Ritorika.az xəbər verir ki, sözügedən küçə 6 ildən çoxdur, işıqlandırma dirəkləri ilə təchiz edilib. Lakin sakinlər işıqlı yoldan cəmi bir neçə gün istifadə edə biliblər.
Abşeron Rayon İcra Hakimiyyəti Abadlıq və Kommunal Xidmət İdarəsindən məsələ ilə bağlı açıqlama verilib.
Mühəndis İlham Qasımov bildirib ki, vəzifəyə yeni təyin olunduğu üçün vəziyyətlə bağlı tam məlumatlı deyil.
Onun sözlərinə görə, əvvəllər dəfələrlə kabellərin oğurlandığı faktı məlum olub. Hal-hazırda isə küçə nəzarət kamerası ilə təchiz edilib.
İ.Qasımov yeraltı kabellərin sıradan çıxdığını, tezliklə bərpa olunacağını bildirib.
Cavid Zahidoğlu