İsrail hakimiyyəti Paris Olimpiadası zamanı İsraildən olan idmançılara və turistlərə qarşı terror aktları təhlükəsi barədə məlumatlara malikdir. Ynet portalı xəbər verir ki, bu xəbərdarlıq yəhudi dövlətinin Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katsın fransalı həmkarı Stefan Sejournetə göndərdiyi məktubda yer alıb.
İsrail tərəfinin fikrincə, potensial təhlükə “İran peykləri”ndən gəlir. “Bu sevincli hadisənin təntənəsinə xələl gətirməyə çalışanlar var. Bu narahatlıq bütün iştirak edənlərin təhlükəsizliyini təmin etmək üçün birgə öhdəliyimizin vacibliyini vurğulayır”, – Katz yazıb.
İyulun 24-də Fransanın daxili işlər naziri Gerald Darmanin Oyunlarda iştirak edəcək bir neçə milli nümayəndə heyətinin yüksək risk altında olduğunu və əlavə təhlükəsizliklə təmin olunacağını açıqlayıb. O, xüsusilə, İsrail, İran, Fələstin, ABŞ və Ukraynanın nümayəndə heyətlərini xatırladıb. Darmanin İsrail nümayəndələrini Fransada qaldıqları müddətdə jandarm və polis xüsusi təyinatlılarının müşayiət edəcəyinə aydınlıq gətirib. Nazir həmçinin bildirib ki, İsrail və ABŞ milli komandalarını qorumaq üçün öz polislərindən istifadə etmək hüququ alıb. (Tass)