Moldova vətəndaşlarının əksəriyyəti oktyabrın 20-də keçiriləcək seçkilərdə Maia Sandunun ikinci müddətə prezident seçilməsinə qarşıdır. Bunu Rumıniyanın Independent news şirkətinin sifarişi ilə Marketinq və Sosioloji Sorğular İnstitutunun (IMAS) keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
Sanduya prezidentlik postunu saxlayıb-qoymayacağı sualına 58% mənfi cavab verib, 37% onu dəstəkləyib, 5% isə qərarsız qalıb. Sorğu iştirakçılarının əksəriyyəti hesab edir ki, Sandunun mübarizə aparacağına söz verdiyi korrupsiya onun qurduğu Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) sıralarında da var. Sorğuda iştirak edənlərin demək olar ki, üçdə ikisi qeyd edib ki, Sandu PDS-nin və bu partiyanın yaratdığı hökumətin işinə cavabdehdir.
2023-cü ilin sonunda Sandu ikinci prezidentlik müddətinə namizəd olmaq niyyətini açıqlayıb və seçki günü Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi təşəbbüsü ilə çıxış edib. Sentyabrda başlayacaq seçki kampaniyası onlarla müxalifət televiziya kanalı və informasiya portalına qadağa şəraitində keçəcək. (Tass)