Slovakiya və Macarıstan Avropa Komissiyasını (AK) Ukraynanın Rusiyanın “Lukoyl” şirkətindən neftin bu ölkələrə tranzitini əngəlləməsi məsələsində vasitəçilik qərarını təxirə salmamağa çağırıb. Bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, Slovakiya və Macarıstan əvvəllər Rusiya Federasiyasından neft tədarükünün pozulmasına görə Ukrayna ilə məsləhətləşmələrdə vasitəçilik üçün AK-yə müraciət ediblər. AK isə öz növbəsində vəziyyəti təhlil etmək üçün əlavə məlumat istəyib.
Ukrayna “Lukoyl” neftinin Kiyevin “qara siyahı”sına düşməsi səbəbindən öz ərazisindən Macarıstan və Slovakiyaya tranzitini dayandırıb. Rusiya Federasiyasından bu ölkələrə enerji təchizatı Ukrayna ərazisindən keçən “Drujba” kəməri ilə həyata keçirilir. (Tass)