Vaşinqton Tehranı ABŞ prezidenti Co Bayden administrasiyasının Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) sürətli qayıdış həyata keçirməyə hazır olması barədə məlumatlandırıb. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən Əl-Cərida qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, iyulun 23-də Amerika tərəfi İran hakimiyyətini məlumatlandırıb ki, Bayden administrasiyası JCPOA-ya “kiçik düzəlişlər edilməklə” tezliklə qayıtmaq üçün danışıqlara hazırdır. (Tass)