Rusiya ilə razılaşma Ukrayna münaqişəsinin sona çatmasına gətirib çıxarmayacaq, ancaq onu donduracaq. Bu fikri Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Bu müqavilənin imzalanması münaqişənin müəyyən müddətə dondurulması ola bilər, lakin bu o deməkdir ki, Rusiya Federasiyası öz səhvləri üzərində işləyəcək və öz ordusunu yeniləyəcək”, o , Associated Press agentliyinə müsahibəsində bildirib.
Eyni zamanda, Ukraynanın 24-cü kanalına müsahibəsində o, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Çinə səfəri zamanı söylədiyi sözləri şərh edərək, Kiyevin “ədalətli şərtlərlə danışıqlar prosesinə” hazır olduğunu açıqlayıb. Podolyakın sözlərinə görə, güc mövqeyindən olan danışıqlar ədalətli olacaq. (Tass)