Zaporojye Atom Elektrik Stansiyasında (ZNPP) nüvə və fiziki təhlükəsizlik vəziyyəti ağır olaraq qalır. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat yayıb.
“Hərbi münaqişə zamanı Zaporojye AES-də nüvə təhlükəsizliyi vəziyyəti olduqca çətin olaraq qalır, bu, həm də əsas təhlükəsizlik sistemlərinin və digər həyati vacib avadanlıqların lazımi səviyyədə saxlanmasını təmin etmək səylərinə aiddir”, – təşkilatın saytındakı press-relizdə deyilir.
Eyni zamanda, MAQATE qeyd edib ki, agentlik ekspertləri son bir neçə gün ərzində stansiyada davam edən işləri, o cümlədən reaktor zalı və altıncı enerji blokunun köməkçi binasının planlı təmirini müşahidə ediblər. Onlar bu fəaliyyətlərlə bağlı heç bir təhlükəsizlik problemi barədə məlumat vermədilər. (Tass)