Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Türkiyəyə səfəri çərçivəsində Türk Dil Qurumunun sədri Osman Mert və sədr müavini Harun Şahinlə görüşüb.Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə qloballaşma dövründə türk dillərində gedən inteqrasiya prosesləri və bu proseslərin türk dillərinin inkişafına təsiri məsələləri ətraflı təhlil edilib.Türk Dil Qurumu ilə Monitorinq Mərkəzi arasında elmi-mədəni əməkdaşlıq münasibətlərinin perspektivləri müzakirə olunub.