İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmanı müzakirə etmək üçün Romaya danışıqlar qrupunu göndərəcəyini bildirib. O, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Trampın Mar-a-Laqoda (Florida) malikanəsində keçirdiyi görüşdə müvafiq bəyanatla çıxış edib.
Netanyahu, “Danışıqçılardan ibarət qrup məsləhətləşmələr üçün Romaya göndəriləcək” dedi. Onun sözlərinə görə, o hesab edir ki, danışıqlarda irəliləyiş Fələstinin radikal HƏMAS hərəkatına “hərbi təzyiqlər sayəsində” əldə olunub. Kan radiosunun sitat gətirdiyi kimi, baş nazir əlavə edib: “Bizim razılığa yaxın olub-olmadığımızı zaman göstərəcək” . (Tass)