İyun 18, 2025-17:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Hesablama Palatası: “ClimateScanner”in nəticələri COP29-da təqdim olunacaq

2024:07:27 - 13:17
in SİYASƏT
A A

“ClimateScanner” (“İqlim Skaneri”) layihəsinin nəticələri bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təqdim olunacaq.

“Report” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, Braziliya Ali Audit Orqanı(AAO) – Federal Hesablama Məhkəməsi ilk dəfə olaraq BMT-nin Auditorlar Şurasına üzv seçilib. Braziliya AAO-su 2030-cu ilə qədər Fransa və Çin AAO-ları ilə birlikdə altı illik müddətə bu vəzifəni icra edəcək.

Bununla əlaqədar, BMT-nin Baş Katibi Antonio Quterreş Braziliya AAO-nun sədri Bruno Dantası Nyu-Yorkdakı mənzil-qərargahda qəbul edib. Görüşdə B.Dantas “ClimateScanner” layihəsinin cari vəziyyətinə dair məlumatları Baş Katibə təqdim edib və qeyd edib ki, Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı (INTOSAI) çərçivəsində Braziliya və 17 ölkəni təmsil edən AAO tərəfindən hazırlanmış iqlim siyasətlərinin auditi üçün qlobal metodologiya olan “ClimateScanner” layihəsinə 127 ölkə qoşulub. Bildirilib ki, həmin ölkələrin AAO-ları üçün nəzərdə tutulmuş təlimlərdən sonra müvafiq qiymətləndirmələrin aparılması planlaşdırılır.

Baş Katib layihənin gedişatından məmnun qaldığını, iqlim dəyişikliyi ilə mübarizə təşəbbüsləri üzrə hökumətlərin cəmiyyətə təqdim etdiyi məlumatların etibarlılığını təmin etmək üçün məlumatların yoxlanılmasının zəruriliyini bildirib. Onun sözlərinə görə, Paris Sazişinin məqsədlərinə riayət olunması ilə bağlı ölkələrin dərc etdikləri məlumatların araşdırılmasına ehtiyac var.

Bu kontekstdə B.Dantas qlobal iqlim dəyişikliyi ilə bağlı siyasətlərdə ali nəzarət institutlarının roluna dair BMT-nin rəsmi qətnaməsinin vacibliyinə toxunub.

Sonda Braziliya AAO-nun sədri “ClimateScanner”in nəticələrinin noyabrda Azərbaycanda keçiriləcək COP29-da təqdim olunacağını bildirib.

Əvvəlki Yazı

Beynəlxalq səyyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyib

Növbəti Yazı

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.