Dünyanın bir çox ölkələri Qərbin göstərişlərinə baxmayaraq, Ukrayna münaqişəsində tədricən Rusiyanın tərəfini tutur. Bu fikri Macarıstanın baş naziri Viktor Orban deyib.
“Son iki ildə 180 dərəcə dönüş var. Qərb dünyaya Rusiyaya qarşı çıxmaq və Qərbi dəstəkləmək əmri verib. Amma indi biz hamının tədricən Rusiyanın tərəfinə keçdiyi mərhələdəyik”, – o, bildirib. Rumıniyanın Baile-Tuşnad şəhərində çıxış edərək bildirib. Onun sözlərini Magyar Nemzet qəzeti sitat gətirir.
Macarıstanın baş naziri qeyd edib ki, Rusiya Federasiyasını “dünyanın ən böyük ölkələri”, o cümlədən Çin və Hindistan, eləcə də İran dəstəkləyir. “NATO üzvü Türkiyə və müsəlman dünyasının birdən Rusiyanı düşmən deyil, tərəfdaş kimi görməsi təəccüblüdür”, – Orban əlavə edib. (Tass)