İyulun 26-dan bəri ilk dəfə İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın ərazilərdə hava hücumu sirenləri səslənib. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Qəzza zolağının yaxınlığındakı Netiv HaAsara kəndində siren səsləri eşidilib”, – məlumatda deyilir.
Əvvəlki dəfə hərbçilər cümə günü axşam saatlarında Fələstin anklavı ilə sərhədə yaxın ərazilərə hava hücumu ilə bağlı xəbərdarlıq etmişdilər. (Tass)