Amerikanın İnqilabçı Kommunistləri Partiyasının birinci qurultayı Filadelfiyada (Pensilvaniya) keçirilib. Partiya bu barədə X-də (keçmiş Twitter) məlumat verib.
Hesabda yerləşdirilmiş mesaj və videolardan belə məlum olur ki, tədbirin sonunda 500-ə yaxın partiya tərəfdarı şəhərin küçələrinə çıxıb. Nümayişçilər əllərində çəkic və oraq ilə qırmızı bayraqlar daşıyaraq müxtəlif şüarlar, o cümlədən “2024-cü ildə sinfi mübarizə aparın!” şüarları səsləndiriblər.
Hadisə İlon Maskın diqqətini çəkib. SpaceX və Tesla-nın qurucusu X-də “500 kommunist Filadelfiya küçələrində gəzir, medianın qəzəbi yoxdur” başlığı ilə video paylaşıb.
Amerikanın İnqilabçı Kommunistləri Partiyası 2024-cü ilin əvvəlində yaradılıb. Rəsmi internet saytının məlumatına görə , o, 12 ölkədə fəaliyyət göstərən Beynəlxalq İnqilabçı Kommunistlərin bir qoluna çevrilib və onun on minlərlə tərəfdarı “marksizm və leninizm ideallarına” sadiqdir. Partiyanın proqramında qeyd edildiyi kimi, onun məqsədi “ABŞ-da kapitalizmin aradan qaldırılması, müharibəyə, bərabərsizliyə, zülmə qarşı mübarizə”, o cümlədən ölkədə hakimiyyətin fəhlə sinfinin əlinə keçməsidir. (Tass)