İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Qəzza zolağında iki məscidə hücum edib.Fələstin hərəkatının raket sistemlərinin komanda mərkəzi və “İslami Cihad” radikal qruplaşmasının əməliyyat məntəqəsi də hücuma məruz qalıb. İsrail ordusunun sözçüsü Daniel Həqari bildirib ki, ölkə silahlı qüvvələri Qəzza zolağında 500-ə yaxın hədəfə hücum edib.
İsrailin baş naziri Benyamin Netanyahu sakinləri Fələstin anklavını tərk etməyə çağırıb. Siyasətçi xəbərdarlıq edib ki, ölkədə müharibə gedir, məqsədi HƏMAS-ı tamamilə məhv etməkdir və hakimiyyət bütün mövcud hərbi resurslardan istifadə etməyi planlaşdırır.