İsrail, Colan təpələrindəki Məcdəl Şəms kəndinə edilən hücuma cavab bəhanəsi ilə Livana hücum edərsə, ən qəti cavabı verəcək. Bunu İranın ruhani lideri Ayətullah Əli Xameneinin müşaviri və İslam Respublikasının Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi deyib.
“İsrail bilməlidir ki, bu riskə getsə, sərt reaksiya ilə üzləşəcək. İsrailin baş naziri Benyamin Netanyahu üçün ən yaxşı həll Qəzza zolağında amansız müharibəyə son qoymaqdır, çünki müharibəni davam etdirməklə o, heç nə qazanmayacaq”, – deyə Xarazi vurğulayıb. (Tass)