Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Lənkəranda 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların valideynləri üçün maarifləndirici tədbir keçirilib.Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iştirakçılara həmin kateqoriyadan olan uşaqlara göstərilən stasionar və yarım stasionar xidmətlər, onlarla aparılan sosial iş və sosial reabilitasiya tədbirləri barədə məlumatlar verilib.Həmçinin tədbirdə Sosial Xidmətlər Agentliyinin sifarişləri əsasında həssas əhali qruplarından olan şəxslər üçün hazırlanan mobil tətbiqlər (“Autizmders”, “Övladını tanı”, “Danışan kitab”, “Serebralders” və b.) barədə də bəhs olunub.Valideynlərə sosial reabilitasiyanın uşaqların həyatında rolu, bu sahədə onların hüquqları haqqında biliklər aşılanıb, lazımi istiqamətlər verilib.Görüşün yekununda valideynlərin sualları cavablandırılıb.