Beynəlxalq ictimaiyyət Venesuela xalqının prezident seçkiləri zamanı etdiyi seçimə hörmətlə yanaşmalıdır. Bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian brifinqdə bildirib.
“Bütün tərəflər Venesuela xalqının etdiyi seçimə hörmət etməlidir. Çin hesab edir ki, Venesuela hökuməti və xalqı ölkədəki daxili siyasi məsələləri idarə etmək iqtidarındadır”, – Çin Xarici İşlər Nazirliyinin rəsmisi bildirib. (Tass)