Fransanın Moskvadakı səfirliyi TASS-a şərhində diplomatik missiyanın ərazisində müdafiə istehkamlarının tikintisinə başlanması ilə bağlı iddiaları təkzib edib.
Bundan əvvəl sosial şəbəkələrdə səfirlik binasının damında çoxlu qum torbalarının görünməsi ilə bağlı kadrlar yayılıb;
Diplomatik nümayəndəlik bu fərziyyələri təkzib edib. “Yay mövsümündə səfirlik dam örtüyünün təmiri işləri aparır”, – deyə diplomatik nümayəndəliyin mətbuat xidmətindən agentliyə bildiriblər. (Tass)