Tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçən ABŞ-ın dövlət borcu çətin ki, Vaşinqtonun militarist istəklərini ləngitsin. Bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə deyib.
“Əlbəttə, dünyanın ən böyük iqtisadiyyatlarından biri kimi Birləşmiş Ştatlar beynəlxalq iqtisadi vəziyyətə birbaşa təsir göstərir”, – deyə Kreml nümayəndəsi qeyd edib: “Ancaq bütün bu vəziyyətin [onların] militarist istəklərini hansısa şəkildə ləngitməsi mümkün deyil .”
Bazar ertəsi Federal Xəzinədarlıq ABŞ-ın milli borcunu rekord səviyyədə elan etdi. ABŞ Konqresinin Büdcə Bürosunun proqnozlarına görə, 2034-cü ilə qədər borcun həcmi 50 trilyon dolları ötəcək – bu ölkənin ÜDM-nin 122%-dən çoxunu təşkil edəcək.
2023-cü ildə ölkənin dövlət borcu 4 trilyon dollardan çox, 2024-cü ilin əvvəlindən isə təxminən 1 trilyon dollar artıb. Borc tavanı iyun ayında qaldırılıb və 2 yanvar 2025-ci ildə əldə olunacaq. (Tass)