İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində azı 37 nəfər ölüb, 73 nəfər yaralanıb. Fələstin anklavının Səhiyyə Nazirliyi bu barədə öz Telegram kanalında məlumat yayıb.
Belə ki, “ötən il oktyabrın 7-dən indiyədək İsrail təcavüzünün qurbanlarının sayı 39,4 min nəfərə çatıb, 90,996 nəfər isə yaralanıb”, – deyə departament qeyd edib. Onun sözlərinə görə, bəzi zərərçəkənlər hələ də dağıntılar altındadır və təcili yardım və mülki müdafiə qrupları onlara çata bilmir. (Tass)