Qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi İranın və onun yeni hökumətinin xarici siyasət strategiyasında prioritetlər siyahısında yüksək yer tutur. Bunu Tehranda Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündə İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
“Qonşu ölkələr və region dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi İran İslam Respublikasının və on dördüncü hökumətin xarici siyasətinin prioritetidir”, – deyə Pezeşkian administrasiyasının saytında bildirib. Siyasətçi Tehran və Tbilisi arasında “bütün sahələrdə” əməkdaşlığı artırmaq arzusunu ifadə edib, çünki bu, “bölgədəki bütün ölkələrə fayda verəcək”.
“İran regionda mühüm və konstruktiv rol oynayır, biz çox şadıq ki, iki ölkə arasında münasibətlər dostluq şəraitində inkişaf edir”, – Kobaxidze qeyd edib. O, İslam Respublikası ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Gürcüstanın baş naziri Pezeşkiyanın andiçmə mərasimi üçün İranın paytaxtına gəlib. (Tass)