Bölgədə vəziyyətin pisləşməsi fonunda bazar günü təxminən 1 min Britaniya sakini Mançesterin mərkəzində Fələstinə dəstək aksiyası keçirib. Bu barədə Times qəzeti məlumat yayıb.
Nəşr xatırladıb ki, şənbə günü Şotlandiyanın Qlazqo şəhərində “Kilmarnock” komandası ilə oyunda “Seltik” futbol klubunun azarkeşləri Fələstinə dəstək pankartı asıblar. Bundan əlavə, İrlandiya Milli Respublika Partiyasının gənclər qanadı Sinn Fein X sosial şəbəkəsində (keçmiş Twitter) profil şəklinə Fələstin bayrağı yerləşdirib. London polisi həmçinin Fələstin-İsrail münaqişəsinin gərginləşməsi fonunda paytaxtda baş verən “bir sıra kiçik insidentlər” haqqında məlumat verib.
Eyni zamanda, bazar günü axşam Böyük Britaniyanın baş naziri Rişi Sunakın Downing Street 10 ünvanında yerləşən iqamətgahının binasına İsrail bayrağı proyeksiya edilib. Bundan əvvəl Sunak İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb və o, Böyük Britaniyanın İsrailə istənilən yardımı göstərməyə hazır olduğunu bildirib. (Tass)