İran lideri Ayətullah Əli Xamenei İranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsinə görə özlərini məsuliyyət daşıdıqlarını və Haniyənin İsraildən qisasını almağı özlərinə borc bildiklərini bildirib.
Xamenei, Həmas lideri Haniyənin Tehranda öldürülməsi ilə bağlı yazılı açıqlama yayıb.
İranda baş verən sui-qəsdin özlərini məsuliyyətli hesab etdiklərini bildirən Xamenei, “Cinayətkar və terrorçu sionist rejim dəyərli qonağımızı evimizdə şəhid etməklə bizi kədərləndirdi, eyni zamanda, özlərinə ağır bir cəza hazırladılar” deyib.