Malayziyanın baş naziri Ənvər İbrahim bildirib ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi Qəzza zolağında atəşkəs danışıqlarını pozmaq məqsədi daşıyır.
“Bu, 40 mindən çox insanın ölümünə səbəb olan Qəzzada davam edən danışıqları pozmağa yönəlmiş dəhşətli bir qətl idi vicdansız insanlar İsrailin qətliamlarını dayandırmaq üçün ona təzyiqi artırmağa ehtiyac görmürlər”, – baş nazir X-də (keçmiş Twitter) yazıb. (Tass)