İyulun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fəaliyyətini Tehran şəhərində yeni ünvanda bərpa edən ölkəmizin İran İslam Respublikasındakı səfirliyini ziyarət edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və səfirliyin heyəti ilə söhbət edib.