KXDR hakimiyyəti Suriyadakı terror aktını qətiyyətlə pisləyib və bunu ərəb dövlətinin milli suverenliyinə qəsd cəhdi adlandırıb. Bu mövqeyi Koreya Mərkəzi Xəbər Agentliyinə KXDR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
“Biz terror aktını Suriya xalqının milli suverenlik və dinc, xoşbəxt həyat arzularına açıq hücum kimi şiddətlə qınayırıq. Ölənlərə və həlak olanların ailələrinə başsağlığı veririk”, – rəsmi sözçüsü bildirib.
Onun sözlərinə görə, “çoxlu insan tələfatı ilə nəticələnən dəhşətli hücum” qanuni hökuməti devirmək və qorxu yaymaqla “böhranı həll etmək” və dövləti bərpa etmək səylərinə zərbə vurmaq istəyən “ölkə daxilində və xaricində düşmən qüvvələr” tərəfindən təşkil edilib. Diplomat vurğulayıb ki, Pxenyan terrorizmin bütün formalarına qarşıdır və düşmən qüvvələrə qarşı mübarizədə Suriya hakimiyyəti və xalqını dəstəkləyir.
KCNA söhbətin hansı terror hücumundan getdiyini dəqiqləşdirməyib. Cənubi Koreyanın Yonhap agentliyi KXDR Xarici İşlər Nazirliyinin oktyabrın 5-də Homs şəhərində 80-dən çox insanın ölümü və 200-dən çox sakinin yaralanması ilə nəticələnən hərbi məktəbə hücumu şərh etdiyini deyib. ( Tass)