Ukraynada qısa lüləli silahlar qanuniləşdirilməlidir. Belə bir tələblə müraciət ölkə prezidentinin saytında yer alıb.
Sənədin müəllifi hesab edir ki, “hazırda mövcud təhlükə fonunda qısa lüləli silahları leqallaşdırmaq və ukraynalı sahibkarların döyüş sursatı istehsalını tənzimləmək lazımdır”. “Müharibə zamanı insanlar özünümüdafiə üçün hər zamankindən daha çox silaha sahib olmalıdırlar. Sizdən müvafiq silah və sursatların saxlanması, əldə edilməsi, daşınması və istehsalı ilə bağlı qanun layihəsinin hazırlanmasını nəzərdən keçirməyinizi xahiş edirəm” müraciətdə deyilir.
Sənəd iki gün əvvəl saytda qeydiyyatdan keçib və indiyədək prezident tərəfindən baxılması üçün tələb olunan 25 min səsdən 164-nün səsini toplayıb. İmzaların toplanması müddəti üç aydır. (Tass)