İyun 16, 2025-13:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BMU-nun maşın mühəndisliyi ixtisasında müəssisələrin tələblərinə uyğun fənlər tədris olunur

2024:08:01 - 15:04
in SOSİAL
A A

Ölkə iqtisadiyyatının ağır sənayesi olan maşınqayırma sahəsinin əsas mütəxəssisləri maşın mühəndisləridir. Onlar təkcə minik və yük avtomobilləri deyil, eyni zamanda, gəmiqayırma, təyyarəqayırma, hərbi sənaye, eləcə də məişətdə istifadə olunan bütün maşınların layihələndirilməsi və istismarında birbaşa iştirak edirlər. Bu mənada maşın mühəndisliyi ixtisası üzrə yetişən kadrlara hər zaman ciddi ehtiyac var.Bakı Mühəndislik Universitetində (BMU) mükəmməl mühəndislik təhsili, tələbələrin bu istiqamətdə zəruri bilik və bacarıqlar qazanmaları üçün hər cür şərait mövcuddur.Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələr tədris prosesində yiyələndikləri bilikləri universitetin Mexanika mühəndisliyi laboratoriyalarında təcrübə əsasında möhkəmlətmək imkanına malikdirlər. Kompüter proqramları ilə təchiz olunmuş ən müasir avadanlıqlardan ibarət mühəndislik laboratoriyaları tədqiqatlar aparmaqla texniki nailiyyətlərin mənimsənilməsinə kömək edir.BMU-nun maşın mühəndisliyi ixtisasında təhsil alan tələbələrə müəssisələrin tələblərinə uyğun fənlər tədris olunur.Bu ixtisasın üstünlüyü ondan ibarətdir ki, dərslər istehsalatla birbaşa əlaqəlidir, müəssisələrdə sıx praktiki məşğələlər keçirilir, dördüncü kursun sonunda isə tələbələr artıq iş təklifləri almağa başlayırlar.Bundan başqa, BMU-nun Mühəndislik fakültəsinin tələbələri ölkəmizdə və xaricdə keçirilən bilik marafonlarında, xüsusilə TEKNOFEST yarışmalarında iştirak edərək qalib olur və bunun nəticəsi kimi maşın mühəndisliyi ixtisasının məzunları həm xaricdə, həm ölkədə istehsalat sahəsində özlərinə çox rahat şəkildə yer tapa bilirlər.

 

Əvvəlki Yazı

Haniyə Avropa İttifaqının terrorçu siyahısına əlavə edilib

Növbəti Yazı

BŞTİ-yə iyul ayı ərzində 17 min 302 müraciət daxil olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.