İsrailin Müdafiə Nazirliyi İsrailin Elbit Systems şirkətindən 340 milyon dollar dəyərində silah- sursatın alınması üçün müqavilə imzalayıb.
“İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir 2024-cü il iyulun 31-də Elbit Systems ilə 340 milyon dollar dəyərində sursat tədarükü müqaviləsi imzalayıb. Bu müqavilənin bir hissəsi olaraq Elbit Systems İsraildə yeni silah və sursat istehsalı zavodu yaradacaq” – məlumatda deyilir. “Bu satınalma, İsrail Müdafiə Qüvvələrinin hazırkı və gələcək əməliyyatları zamanı fasiləsiz təchizatı təmin etmək üçün Müdafiə Nazirliyinin strategiyasının bir hissəsidir”, mətbuat xidməti qeyd edib. (Tass)