İran prezidenti Məsud Pezeşkian hesab edir ki, Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda vəfatı İsrailə qarşı çıxan müqavimət qüvvələrinə dəstəyin artırılmasına daha bir səbəb olub.
“İran rəhbərliyi, xalqı və hökuməti müqavimət oxunu, xüsusilə Fələstin xalqını və Qəzza məzlum xalqını daha da qətiyyətlə dəstəkləyəcək”, – deyə Pezeşkianın mətbuat xidməti onunla Həmas Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya ilə telefon danışığından sitat gətirib.
İranın icra başçısı hesab edir ki, “terror hücumları [İsrailin] dalana dirənməsinin” və “cinayətkar siyasətində uğursuzluğun” nəticəsidir. (Tass)