Qəzza zolağında vəziyyətin gərginləşməsi regional səviyyədə ölçülməz və idarəolunmaz nəticələrə gətirib çıxara bilər, Yaxın Şərqdə eskalasiya riskinin qarşısını almaq lazımdır. Bu açıqlama ilə İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani çıxış edib.
“HƏMAS-ın İsrail torpaqlarına təcavüzü ən kəskin şəkildə pislənməlidir .Lakin eyni zamanda, regional səviyyədə ölçülməz və idarəolunmaz nəticələrə gətirib çıxara biləcək eskalasiya riskinin qarşısını almaq lazımdır. Ukraynadakı münaqişədən başlayaraq digər regionlardakı onsuz da mürəkkəb mənzərəyə od əlavə edəcək.Yaxın Şərqdə regionun mürəkkəb dinamikası lazımi qaydada nəzərə alınmalıdır”, o “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.
Tajani əlavə edib ki, İtaliya “gərginliyin azaldılmasına kömək etmək üçün işləməyə” hazırdır. O, İsrail, Misir və İordaniyanın xarici işlər nazirləri ilə danışdığını xatırladıb. “Çərşənbə günü mən Misirdə rəsmi səfərdə olacağam və burada prezident Əbdülfəttah əs-Sisi ilə görüşəcəyəm. Biz Səudiyyə Ərəbistanı, İordaniya və Misirə çox ümid edirik. Bu ölkələrin Həmas ilə effektiv əlaqə kanalları var. Bu ölkələr vasitəçi kimi çıxış edə bilər”, – deyə İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri davam edib. O, “uşaqları, qadınları və girovları qorumaq üçün Qəzza zolağına humanitar dəhlizlərin” təşkil edilməsinin zəruri olduğunu bildirib. (Tass)