Bakı Dövlət Universitetində (BDU) “Sky Observation Festival 2024” (SOF 2024) layihəsi çərçivəsində astronomik müşahidə günlərinə start verilib.Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihənin məqsədi tələbələrin astronomiyaya marağını artırmaq, onları bu sahədə dünyada aparılan tədqiqatlar və istifadə olunan yüksək texnologiyalarla tanış etməkdir.Layihənin ilk günündə iştirakçılar arasında “Astronomy Quiz” yarışmasının ilkin mərhələsi keçirilib. Altı komanda arasında keçirilən ilk mərhələdə komandalara 10 sual verilib. Ən çox bal toplayan 5 komanda festivalın növbəti mərhələsinə vəsiqə qazanıb.Daha sonra tələbələrə teleskopdan istifadə qaydaları ilə bağlı texniki təlim keçirilib. Festival iştirakçıları BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində teleskopla günəş və günəş ləkələrini müşahidə ediblər.Avqustun 3-dək davam edəcək festivalın növbəti günlərində müxtəlif mövzularda ustad dərsləri, astronomik müşahidə tədbirləri təşkil olunacaq.