Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin cənazəsi cümə günü dəfn mərasiminin keçiriləcəyi Dohaya çatdırılıb. Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Cümə axşamı Tehranda İslam Respublikasının Ali Rəhbəri Əli Xamneyinin də iştirak etdiyi Haniyə üçün dəfn mərasimi keçirilib. HƏMAS Siyasi Bürosunun qətlə yetirilən rəhbərinin cənazəsi Qətərin paytaxtının ətrafı Lusail qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək. (Tass)