İranın paytaxtı Tehranda qaldığı dövlət qonağında HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinin dünya ictimai rəyində əks-sədaları davam edərkən, Amerika mətbuatının iddiası hadisəni başqa müstəviyə keçirdi. Haniyənin raketlə deyil, Tehranda qaldığı qonaq evinə gizli şəkildə uzaqdan idarə olunan bomba ilə öldürüldüyü iddia edilib. Bildirilib ki, binanın divarı uçub, lakin ona çox az ziyan dəyib, bunun raket hücumu olması ehtimalı azdır.
İranın paytaxtı Tehranda qaldığı dövlət mehmanxanasında HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsində raketdən deyil, əvvəlcədən yerləşdirilmiş bombadan istifadə edildiyi iddia edilib . “New York Times” qəzetinin yazdığına görə, qatillər İranın bir anlıq təhlükəsizlik boşluğundan istifadə edərək Haniyənin qalacağı binaya daxil olub və səfərdən aylar əvvəl otağa bomba yerləşdiriblər.