ABŞ prezidenti Co Bayden bildirib ki, hazırda Rusiya lideri Vladimir Putinlə danışmağa ehtiyac görmür.
“Mənim Putinlə danışmağa ehtiyacım yoxdur” deyə Amerika lideri Ağ Evdə jurnalistlərinə bildirib.
Putin və Bayden sonuncu dəfə 2022-ci il fevralın 12-də, ondan əvvəl isə 2021-ci ilin sonunda telefonla danışıblar. Bir az əvvəl onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Putin və Bayden arasında dövlət liderləri kimi yeganə üz-üzə görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub. (Tass)