Bu ilin sentyabrında Qarabağda xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək.“Report”un Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.Onun sözlərinə görə, tədbir Diaspor Komitəsi ilə Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.F.Muradov bildirib ki, Dövlət Komitəsinin növbəti beşillik üçün fəaliyyət planı hazırlanıb: “Qarabağ Universitetinin yaradılması dünya təhsil sistemində Qarabağın adının olması deməkdir. Biz dünyada Azərbaycan dilinin təbliğinə xüsusi diqqət ayırmalıyıq. Yaxın vaxtlarda xaricilər üçün ingilis dilində Azərbaycan dili qrammatikası layihəsinə başlayacağıq. Azərbaycan dili bizim üçün prioritetdir, azərbaycanlı doğma dilini bilməlidir”.