İyun 18, 2025-10:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şeyxülislam Əbdüssalam Axundzadə haqqında monoqrafiya çapdan çıxıb

2024:08:02 - 15:30
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə bu müəssisənin Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Sevinc Rəhnullanın “Şeyxülislam Əbdüssalam Axundzadə: həyatı, mühiti və dini-etik görüşləri” monoqrafiyası çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görkəmli Azərbaycan alimi Əbdüssalam Axundzadənin həyatı və dini-ictimai fəaliyyəti ilk dəfə olaraq Azərbaycan Dövlət Tarix Arxivinin sənədlərindən, köhnə dövri mətbuatdan – “İrşad”, “Tərcüman”, “Həyat”, “Kaspi” kimi qəzet materiallarından istifadə edilməklə tədqiq olunub. Monoqrafiyada Ə.Axundzadənin Qori Müəllimlər Seminariyasında müəllimlik, Qafqaz Müsəlmanları Ruhani İdarəsində şeyxülislamlıq fəaliyyəti, Əlyazmalar İnstitutunun xəzinəsindən əlyazmaları və daşbasma (litoqrafik) əsərləri aşkarlanıb tədqiqata cəlb olunmaqla elmi irsi, maarifçilik ideyaları, dini-pedaqoji və etik görüşləri kompleks şəkildə elmi ictimaiyyətin nəzərinə çatdırılır.

Yeni nəşrin elmi redaktoru akademik Teymur Kərimli, rəyçiləri professor Kamandar Şərifli və dosent Nailə Süleymanova, redaktoru böyük elmi işçi Yeganə Rəhnulladır.

Əvvəlki Yazı

Lukaşenko və Putin telefonla Valaamda qaldırılan məsələləri müzakirə ediblər

Növbəti Yazı

Hollandiya Sputnik və RT-nin Aİ-də yayımına qoyulan qadağaya etiraz edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.