İyun 18, 2025-17:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Şəhid qardaşı: Əsgər yoldaşları onun dəfn edildiyi ilkin yeri bizə bildirmişdilər

2024:08:02 - 16:41
in GÜNDƏM
A A

Əsgər yoldaşları hələ o vaxt bizimlə əlaqə yaradaraq onun dəfn edildiyi ilkin yeri bizə bildirmişdilər.Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında avqustun 2-də Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunan Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyevin qardaşı Kamal Quliyev deyib.K.Quliyevin sözlərinə görə, qardaşı itkin düşəndən sonra onun axtarışlarına fasilə verməyiblər:“Sovet ordusunda xidmətini başa vurub qayıdan qardaşım müharibəyə könüllü getmişdi. Deyirdi ki, müharibənin alovlandığı bir vaxtda evdə otura bilmərəm. Qardaşım itkin düşəndən bir müddət sonra onun yerini təxmini öyrəndik. Əsgər yoldaşları hələ o vaxt bizimlə əlaqə yaradaraq onun dəfn edildiyi ilkin yeri bizə demişdilər.44 günlük vətən müharibəsi başa çatandan sonra onun narahat ruhunun rahatlıq tapması üçün axtarışları sürətləndirdik. Müharibədən sonra onu dəfn edən döyüş dostları ilə bir neçə dəfə Xudafərin qəbiristanlığına getdik. Bir neçə cəhddən sonra ötən il dekabrın 27-də onun qəbrini tapdıq. Analizlər nəticəsində qalıqların qardaşıma məxsus olduğu dəqiqləşdi.Ailəliklə arzu edirik ki, bütün itkin soydaşlarımız tapılsın, onların doğmalarının gözləri yollardan yığılsın”.

Əvvəlki Yazı

DSX: Ötən ay sərhəd rеjiminin pоzulmasına görə 862 nəfər saxlanılıb.

Növbəti Yazı

Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.