Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə respublikaçı Donald Trampa sui-qəsd cəhdindən təxminən yarım saat əvvəl ABŞ Məxfi Xidməti yaxınlıqdakı binanın damında şübhəli şəxs olması barədə məlumat alıb. Bunu mətbuat konfransında ABŞ Məxfi Xidmətinin rəhbəri vəzifəsini icra edən Ronald Rou deyib.
Onun sözlərinə görə, saat 17:45-də yerli hüquq-mühafizə orqanlarının əməkdaşları məxfi xidmətin snayper qrupunun rəhbərinə yaxınlıqdakı binanın damında “şübhəli şəxs” olması barədə məlumat verib və onun iki fotoşəkilini göndəriblər. Saat 17:53-də Məxfi Xidmətin snayper komandasının rəhbəri tabeliyində olanlara xəbər verib.
Eyni zamanda, Rounun sözlərinə görə, nə Məxfi Xidmət, nə də Trampın şəxsi mühafizəsinin nümayəndələri 18:11-də atəş açana qədər “[cinayətkarda] odlu silah olmasından xəbəri olmayıb”. (Tass)