Avqustun 3-də Britaniyanın onlarla şəhərində miqrantlara qarşı etirazların keçirilməsi gözlənilən vaxtda İngiltərə və Uelsdəki hər bir polis bölməsində çevik reaksiya qüvvələri yüksək hazırlıq vəziyyətindədir. Bu barədə “The Guardian” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, polis sağçı fəalların gələn həftə sonu ölkə boyu təxminən 25 etiraz aksiyası keçirəcəyini gözləyir. Böyük Britaniyanın daxili işlər nazirinin müavini David Hanson nümayişçilərə xəbərdarlıq edib ki, zabitlər ictimai asayişin mümkün pozulması hallarını “yaxından izləyəcəklər” və bu cür hadisələrə sərt reaksiya verəcəklər. Nəşr qeyd edib ki, müxtəlif idarələrin yüzlərlə polis əməkdaşı iğtişaşlarla mübarizə üzrə əlavə kursları bitirib. (Tass)