Almaniyanın “Lufthansa Group” konserninə məxsus aviaşirkətlər Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar Tehrana uçuşları avqustun 8-dək dayandırır.
“Yenilənmiş təhlükəsizlik təhlili əsasında Lufthansa Qrupu yenidən Yaxın Şərqə uçuşlarına düzəlişlər edir. Avqustun 8-i daxil olmaqla, Tehrana bütün uçuşlar ləğv edilib”, – aviadaşıyıcının açıqlamasında bildirilir.
Bundan əvvəl Lufthansa-nın mətbuat xidməti TASS müxbirinə bildirmişdi ki, Lufthansa Qrupu Tel-Əvivə uçuşları avqustun 8-dək, Beyruta uçuşların dayandırılmasını isə avqustun 12-dək uzadır . Eyni zamanda, aviadaşıyıcı bu cür tədbirlərdən təsirlənən sərnişinlər üçün biletlərin pulsuz ləğvi və ya yenidən bron edilməsini təklif edir. (Tass)