Banqladeşdə son 24 saat ərzində iğtişaşçılar iki parlament üzvünün və keçmiş baş nazir Şeyx Hasinanın Avami Liqası partiyasından olan 100-dən çox siyasətçi və fəalın evlərini yandırıb və ya dağıdıb.
Bu barədə Daily Observer xəbər portalı polisə istinadən məlumat yayıb.
Yanmış evlərin yerində 6 nəfərin meyiti tapılıb. (Tass)