Bloomberg mənbələrə istinadən xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Çinə səfər etməyi planlaşdırır.
Onların məlumatına görə, səfərin təşkili ilə bağlı hələlik dəqiq tarix yoxdur; Leyboristlər hökumətinin səylərinin məqsədi London və Pekin arasında münasibətləri yenidən müəyyənləşdirməkdir. Nəşr qeyd edir ki, Böyük Britaniya ticarət və iqtisadi maraqları, eləcə də təhlükəsizlik problemləri arasında balans tapmağa çalışır. (Tass)