Yaponiya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə yenidən gərginliyin artması fonunda İsrailə səyahət xəbərdarlığı səviyyəsini yüksəldib və vətəndaşları bu ölkəyə səfər etməməyə çağırıb.
“İsrailin bütün ərazisi üçün xəbərdarlıq səviyyəsi 3-cü səviyyəyə dəyişdirilib – səyahət qadağandır. Lütfən, yuxarıda göstərilən ərazilərə istənilən məqsədlə səyahət etməkdən çəkinin”, – departamentin saytında yerləşdirilən bəyanatda deyilir.
Livan, Qəzza zolağı və Fələstinlə sərhədə yaxın ərazilər üçün 4-cü xəbərdarlıq səviyyəsi qüvvədədir və təcili evakuasiya tələb olunur.
Xarici İşlər Nazirliyinin məlumatına görə, İsraildə 1 minə yaxın Yaponiya vətəndaşı var. (Tass)