İsrailin xarici işlər naziri İsrael Katz HƏMAS-ın Qəzza zolağındakı rəhbəri Yəhya Sinvarın bu radikal Fələstin təşkilatının Siyasi Bürosunun rəhbəri seçilməsini onun “tezliklə aradan qaldırılmasının” başqa səbəbi adlandırıb. İsrail Xarici İşlər Nazirliyinin rəhbəri X sosial şəbəkəsindəki səhifəsində müvafiq bəyanat yayıb.
“Qanlı qatil Yəhya Sinvarın [HƏMAS Siyasi Bürosunun keçmiş rəhbəri] İsmayıl Haniyənin yerinə HƏMAS-a lider təyin edilməsi onun tez aradan qaldırılmasına nail olmaq və bu təşkilatın [HƏMAS] yaddaşını yer üzündən silmək üçün başqa bir səbəbdir” Katz yazıb. (Tass)