Keçmiş baş nazir Şeyx Hasinanın hökumətinə qarşı çıxan Banqladeş Milliyyətçi Partiyasının (BNP) tərəfdarları paytaxtda mitinqə toplaşıb. Bu barədə Daily Star qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, toplaşan minlərlə insan şüarlar səsləndirir, partiyanın bayraqlarını dalğalandırırdı. NPB həmsədri Tariq Rəhmanın daha sonra Dəkkədəki mitinqdə çıxış edəcəyi gözlənilir. (Tass)