Sentyabr 11, 2025-9:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Polkovnik: Dünyadakı mövcud gərginlik vətənpərvərlik tərbiyəsinin önəmini artırmaqdadır

2024:08:07 - 16:57
in SİYASƏT
A A

Bu gün vətənpərvərlik tərbiyəsi, gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığı milli maraqlarımız baxımından ikiqat əhəmiyyət daşıyır. Dünyamızdakı artan təhdid və təhlükələr vətənpərvər gəncliyə malik olmağın önəmini əvvəlki dönəmlərlə müqayisədə qat-qat artırmaqdadır.AZƏRTAC xəbər verir ki, bu sözləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söyləyib.Polkovnik qeyd edib ki, bu gün regionda və dünyada baş verən proseslər hər kəsə məlumdur. Davam edən Rusiya-Ukrayna müharibəsi, İran-İsrail gərginliyi, Yaxın Şərqdə baş verən silahlı qarşıdurmalar, Ermənistanın silahlandırılması və digər amillər bizi diqqətli və ayıq-sayıq olmağa vadar edir.“Proseslər göstərir ki, Azərbaycan hərbi gücü ilə yanaşı, mənəvi gücünü, həmrəyliyini də qorumalı, gənclərimiz vətənpərvərlik ruhunda yetişdirilməlidir. Bu məsələdə QHT-lərin, xüsusilə də hərbyönümlü vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük vəzifələr düşür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz də bu istiqamətdə ardıcıl fəaliyyət göstərməklə, orta və ali təhsil müəssisələrində gənclərimizlə mütəmadi görüşlər keçirməkdəyik. Təşkilatımızda təşkil olunan tədbirlərdə gənclər də iştirak edir ki, bu da onlara veteranlarla daim ünsiyyət saxlamağa, yaxın tarixi keçmişimizdə yaşanan hadisələr, qəhrəmanlıq nümunələri haqqında ətraflı məlumat almağa imkan verir. Biz tez-tez müharibə qəhrəmanları, veteranlarla gənclərin görüşlərini təşkil edir, nəsillər arasında mənəvi bağlılığın qorunub saxlanılmasına səy göstəririk. Çalışırıq ki, gənclər Birinci Qarabağ və 44 günlük Vətən müharibələri ilə bağlı həqiqətləri bu savaşların iştirakçılarının dilindən eşitsin, onlarla canlı təmasda olsunlar”, – deyə C.Xəlilov vurğulayıb.O əlavə edib ki, bu gün bəzi qlobal güclər öz maraqları naminə Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə, müxtəlif qarşıdurmalar yaratmağa çalışırlar. Belə bir vəziyyətdə bizim xalq olaraq həmrəy olmağımız, Ordumuzun, Müzəffər Ali Baş Komandanımızın yanında yer almağımız son dərəcə əhəmiyyətlidir. Biz öz həmrəyliyimiz, sayıqlığımız, dövlətimizə, Prezidentimizə, Ordumuza verdiyimiz dəstəklə bütün dünyaya göstərməliyik ki, Azərbaycan milli maraqlarını, təhlükəsizliyini təmin etməyə qadirdir və bu məsələdə kimsəyə güzəştə getməyəcək.

Əvvəlki Yazı

Hikmət Hacıyev Türkiyə səfiri ilə görüşüb

Növbəti Yazı

Regionlarda pestisidlərin təhlükəsiz idarə edilməsi üzrə təlimlər keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.